Xidmətlər

Öz bədənini və ruhunu tonusda saxlamaq istəyənlər, velosipedi və onunla bağlı hər bir şeyi sevənlər amma öz velosipedi olmayanlar, VELOCAFE-dən Velosipedlərin İcarəsi xidmətindən yararlana bilərlər. Biz hər zaman öz istifadəçilərimizə keyfiyyətli və texniki əla vəziyyetdə dünya üzrə tanınmış brend velosipedləri təqdim edirik. Siz bizim münasib qiymətlərlə taniş ola bilərsiz və daimi müştərilər üçün çevik endirim sistemindən faydalana bilərsiz. Bizdə ilboyu sərfəli kampaniyalar və maraqlı aksiyalar keçirilir.

Layihənin əsas istifadəçiləri öz velosipedi sahibləridir. Bizimlə yaxşı bir məşqdən sonra təzə ləzzətli içki içmək, avropa mətbəxinin yemək və qəlyanaltı dadına baxmaq imkanınız var . Üstəlik bizdə siz həmişə ünsiyyət dairəsi tapıb, onlarla məmnuniyyətlə istirahət edib təəssüratları bölüşmək və sadəcə ötən günün yorğunluğunu ata bilərsiz. Çətin günün sonrasında yaxşı şam yeməyindən daha yaxşı nə ola bilər? Kafedə şadlıqlarınızı və başqa tədbirləri keçirilməsi üçün də imkan verir.

#VeloCafe-də axşamları müxtəlif oyunlarla (domenlər, monopoliyalar, UNO, və s.) müxtəlifləşdirə bilərsiniz. Layihə çərçivəsində #velocinema xidməti fəaliyyət göstərir. Qabaqcadan sifarişlə, bizim minizalımızı ziyarət edib və dostlarınızla film izləyə vaxt sərf edə bilərsiniz. Çay və pop-korn qiymətə daxildir.

Çirklənmənin heç bir mürəkkəbliyindən asılı olmayaraq velosipedin zavodun təmizliyinə qədər yuyulması.
Xidmətə daxildir:
- Velosiped tam yuyulması, yağdan təmizlənməsi.
- Bütün transmissiyanın tamamilə təmizlənməsi (keçiricilər, ulduzlar, zəncir) və zəncirin yağlanması (yuyuldudtan sonra zəncir paslanmadan qarşısını almaq üçün dərhal qurudulur).
- Dəmir çərçivələrdə pasın çıxarılması.
- Xüsusi maddə vasitəsi ilə rotorların və əyləc kolodkalarının təmizlənməsi.

Layihənin innovativ istiqamətlərdən biri olan #veloparkinq xidmətini Sizlərə təqdim edirik. Bakı Bulvarında velosiped sürməyə xoşlayırsız, amma uzaqda qalırsız?Evdə velosiped saxlamağa və servis etməyə imkanınız yoxdur? Velosipedin təhlükəsizliyində əmin deyilsiz? Bu və bir sıra problemləri yaddan çıxardın! Bizimlə Sizdə həmişə uyğun vaxtda velosipedi götürüb srməyə imkanınız olacaq. 

Bütün velosipedlər bağlı və mühafizə olunan məskəndə saxlanılır. Velosipediniz vaxtı vaxtında təmizlənir və texniki servis olunur. Velosipedin Sizə əlverişli olan nöqtəyə çatdırılması mümükündür.

Həftəiçi biz cürbəcür və fərqli istiqamətlərə #veloyürüşləri keçirdirik. Yürüşlərin məqsədi eynidüşüncəli insanlarla maraqlı vaxt keçirmək və şəhərimizi velosipedçiləri bir etməkdədir. Yürüşlərdə həm həvəskar həm də professional velosipedçilər iştirak edə bilərlər. Həmçinin hər ayın axırıncı şənbə günü #CriticalMassBaku layihəsi keçirilir.

Biz məmnuniyyətlə, keyfiyyətlə və tez bir zamanda Sizin  velosipedinizi tam texniki xidmətdən keçirdib onu təhlükəsiz istifadəyə hazır edəcəyik.

- İstənilən velosipedin mürəkkəbliyindən asılı olmayaraq təmir
- texniki xidmət
- ehtiyyat hissələrin dəyişməsi
- velosipedin apqreydi

Təmir, komponentlərin seçimi və ehtiyyat hissələri üzrə pulsuz konsultasiya. Həmçinin ustanın şəhərin istənilən nöqtəsinə təmir, konsultasiya və ya velosipedin daşınması üçün çağırışı mümkündür.

"VeloMəktəb" layihəsi çərçivəsində velosipedi sürə bilməyənlər üçün təlim keçirilir. 

- Praktiki təlimlər;

- Yol hərəkəti qaydalarının öyrədilməsi;

- velosipedin texniki xidmətin oyrədilməsi;

- Praktiki məşğələlər;

- məşq yürüşləri.

Məşqlər Bakı Bulvarı ərzisində keçirilir. Kursun müddəti yoxdur və velosipedi sürməyə tam bilənə qədər davam edir. Kursdan sonra velosipedçi bir sıra xidmətlər davamlı endirim əldə edir.

Bizim maqazinimizdə Siz həm işlənmiş həm də təzə velosipedləri əldə edə bilərsiz. Bizim mütəxəssislərimiz Sizə pulsuz konsultasiya göstərib Sizin ehtiyacınıza uyğun velosiped seçməyə kömək edəcəklər. Maqazinimizin fərqləndirici xüsusiyyəti odur ki, Siz istədiyiniz velosipedi icarəyə götürə bilərsiz.

Son zamanlarda, kuryer ekspress çatdırılma xidmətləri müasir metropoldə daha da aktuallaşmaqdadır. "VeloKuryer" təcili çatdırılma xidməti  mallarınızı və sənədlərinizi "əldən ələ" ən tez çatdırılmasını təmin edir. Bizim kuryerləriniz bağlamalarınızı Bakının istənilən yerə tez, təhlükəsiz və konfedensial şəkildə çatdıracaq.

Velosipedi bizim kafedən aparmaq imkanı olmayanlar üçün "VeloTaksi xidməti mövcüddür". Kuryerlərimiz sizə əlverişli nöqtəyə velosipedi çatdırıb, icarənin sonunda isə onu götürə bilərlər. Yürüş çox vaxt aparıb və sizin təcili işiniz çıxıbsa, siz həmçinin bu xidmətdən yaralana bilərsiz.

Zəng et+994 77 530 00 20
Məktub yazinfo@velocafe.az
Qonaqımız ol
Mirzağa Əliyev, 251 Aqil Quliyev, 15