Sharkhead | velopeople – 2012 ci ilin may ayında yaradılmış həvəskar idman velosiped klubdur. Velocafe layihəsi  açıldığı andan bizim tərəfdaşımızdır. Klubun fəaliyyəti tematik yürüşlərin,veloturların, dağ velosipedi üzrə və velosipedlə səmti müəyyən etmə idman növü üzrə yarışların keçirtməkdədir.

 SharkHead Klubu əməkdaılığı ilə biz daimi yürüşlər keçirdirik. Bu yürüşlərdə həm həvəskar və professional velosipedçilər həm də bizdən velosipedi icarəyə götürənlər iştirak edə bilər.

Yürüş zamanı bütün iştirakçıları müəyyən nizamnaməyə tabedir və Yol Hərəkəti Qaydalarına riayət edir, lakin prioritetlərindən biri - tam demokratiya. Yaşa, irqinə, dilinə və ya velosiped tipinə görə heç bir məhdudiyyət yoxdur

 Yürüşlərin marşrutu iştirakçıların istəklərini və yol və hava şəraitini nəzərə alaraq yürüşdən əvvəl və ya bilavasitə yürüş zamanı dəyişdirilə və korrektə oluna bilər. Yürüş haqqında məlumat qabaqcadan VELOCAFE və SharkHead resursları vasitəsi ilə qabaqcan paylaşılır.

  İstəyənləri ağağıda sadalanan istiqamətlərdə keçirilən yürüşlərə qoşulmaqa dəvət edirik:

 1. Sahil parkı - VELOCAFE - Nargilə

 2. Sahil parkı - VELOCAFE - Badamdar

 3. Sahil parkı - VELOCAFE - Koroğlu

 4. Bulvar Ride

 5. Sahil parkı - VELOCAFE - Şıx

 6. Sahil parkı - - VELOCAFE Hava Limanı

 7. Sahil parkı - VELOCAFE - Mərdəkan

 Həmçinin bu marşrutlari biz Veloİcarə servisin istifadəçilərinə və tək-tək yürüşləri xoşlayanlara tövsiyə edirik.

 Yürüşlərin keçirilmə vaxtları:

 Çərşənbə axşamı, Cümə Axşamı - 20:30-23:00

 Bazar 08:00-14:00

 Dağ velosipedi  sevərləri üçün biz MT yürüçləri də keçirdirik. Yürüşlərdə iştirak etmək arzusunda olan qabaqcadan məlumat verməlidir. Bu yuruşlər haqqında məlumat həmçinin yuxarıda sadalanan resurslarda paylaşılır. 

 Bütün arzu edənlər Critical Mass Baku yürüşünə dəvət olunur.

 Critical Mass çoxlu sayda velosipedçi toplanmasıdır və ənənəvi olaraq hər ayın axırıncı cümə günü dünyanın 300-dən çox şəhərində keçirilir.

 "Critical Mass" hərəkətində istənilən velosipedçi iştirak edə bilər. Critical Mass yürüşün keçirilmə vaxtı və yığım yeri, iştirakçılarına əsasən sosial şəbəkələr vasitəsilə əvvəlcədən açıqlanır. Yürüşdə iştirak etmək üçün qeyd olunmuş yerə 15-30 km qətt edə biləcək texniki saz velosipedlə yaxınlaşmaq lazımdır.

 Critical Mass Baku ənənəvi olaraq hər  ayın axırıncı şənbə günü keçirilir. Marşrut 15 km təşkil edir. İştirakçılar 1 saat ərzində onu qətt edirlər. Bütün arzu edənlər, öz və ya icarəyə götürülmüş velosipedlə ona qoşula bilər. Ətraflı: Critical Mass Baku

Zəng et+994 77 530 00 20
Məktub yazinfo@velocafe.az
Qonaqımız ol
Mirzağa Əliyev, 251 Aqil Quliyev, 15